Azərbaycanın cüdo millilərinə yeni baş məşqçilər təyin olunub

Azərbaycanın cüdo millilərinə yeni baş məşqçilər təyin olunub Kişilərdən ibarət yığma ukraynalı mütəxəssisə tapşırılıb
Futbol
3 Noyabr , 2017 16:37
Azərbaycanın cüdo millilərinə yeni baş məşqçilər təyin olunub

Bakı. 3 noyabr. REPORT.AZ/ Azərbaycanın cüdo üzrə kişi və qadınlardan ibarət milli komandalarına yeni baş məşqçilər təyin olunub. 

“Report”un məlumatına görə, bu barədə qərarı Azərbaycan Cüdo Federasiyasının İcraiyyə Komitəsi qəbul edib. 

Qərara əsasən, kişilərdən ibarət yığma 2000-ci il Sidney Yay Olimpiya Oyunlarının mükafatçısı Ruslan Maşurenkoya həvalə olunub. Qadınlardan ibarət kollektiv isə sambo və cüdo üzrə dünya çempionu Natiq Bağırova tapşırılıb.

Son xəbərlər

Orphus sistemi