Yuxarı

​Azərbaycanın çimərlik futbolu üzrə DÇ-2017-nin təsnifat mərhələsindəki rəqibləri müəyyənləşib

​Millimiz Fransa, Macarıstan və Bolqarıstanla bu qrupda yer alıb

Bakı. 3 avqust. REPORT.AZ/ Bu gün çimərlik futbolu üzrə 2017-ci il dünya çempionatının təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.

"Report" xəbər verir ki, püşkatmanın nəticəsinə görə Azərbaycan yığması "G" qrupuna düşüb.

Millimiz bu qrupda Fransa, Macarıstan və Bolqarıstan yığmaları ilə mübarizə aparacaq.

Təsnifat mərhələsi sentyabrın 2-dən 11-dək İtaliyanın Yezolo şəhərində keçiriləcək. Dörd qiymətli vəsiqə uğrunda 28 Avropa yığması mübarizə aparacaq. Onlar ilk qrup mərhələsində hər birində 4 komanda olmaqla 7 qrupa bölünüblər. Öz qruplarında ilk iki yeri və iki ən yaxşı üçüncü yeri tutan komandalar ikinci mərhələyə vəsiqə qazanacaqlar.

A qrupu. İtaliya, Belarus, Türkiyə, Serbiya

B qrupu. Portuqaliya, İngiltərə, Rumıniya, Moldova

C qrupu. Rusiya, Almaniya, Norveç, Qazaxıstan

D qrupu. İsveçrə, Yunanıstan, Niderland, Litva

E qrupu. İspaniya, Polşa, Estoniya, Danimarka

F qrupu. Ukrayna, Çexiya, Avstriya, Gürcüstan

G qrupu. Macarıstan, Fransa, AZƏRBAYCAN, Bolqarıstan

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi