Yuxarı

​Azərbaycanın Almaniyadakı səfirliyi erməni futbolçu ilə bağlı açıqlama verib

Qəbələ və Borussiya komandaları Bakıda oktyabrın 22-də üz-üzə gələcək

Bakı. 9 sentyabr. REPORT.AZ/ Azərbaycanın Almaniyadakı səfirliyi Avropa Liqasının qrup mərhələsində "Qəbələ"nin rəqibi olan "Borussiya" (Dortmund) klubunun futbolçusu Henrix Mxitaryanla bağlı açıqlama verib. "Report"un ESPN-ə istinadən verdiyi məlumata görə, açıqlama erməni futbolçunun komandasının heyətində Azərbaycana səfəri ilə bağlıdır.

Səfirlikdən bildirilib ki, "arzuolunmaz şəxslər"in siyahısına milliyyətindən və ya peşəsindən asılı olmayaraq, işğal altındakı Dağlıq Qarabağ ərazisinə və ona bitişik ərazilərə Azərbaycanın hakimiyyət orqanları ilə əvvəlcədən əldə edilmiş müvafiq razılıq olmadan səfər edən, Azərbaycan Respublikası qanunlarının aliliyini və ərazi bütövlüyü prinsiplərini pozan şəxslər daxil edilir.

Lakin diplomatik nümayəndəlikdən o da qeyd olunub ki, futbol komanda idman növüdür. Bu səbəbdən, "Borussiya"nın Bakıya gəlişinə fərdi şəxslərin yox, bütöv komandanın səfəri kimi baxıla bilər: "Viza alınması üçün ərizələr müvafiq qaydada hazırlanmalıdır. Arzuolunmaz şəxslərin siyahısına ayrıca baxıla bilər. Bu, Azərbaycan qanunvericiliyi çərçivəsində və ev oyunları üçün UEFA qaydalarına müvafiq surətdə olmalıdır". 

Qeyd edək ki, "Qəbələ" və "Borussiya" komandaları Bakıda oktyabrın 22-də üz-üzə gələcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi