​Azərbaycanın 3 klubu bu gün Avropa Liqasında II təsnifat mərhələsinin ilk oyununu keçirəcək

​Azərbaycanın 3 klubu bu gün Avropa Liqasında II təsnifat mərhələsinin ilk oyununu keçirəcək "Kəpəz" Avstriyada "Admira Vakker"in qonağı olacaq
Futbol
14 İyul , 2016 02:05
​Azərbaycanın 3 klubu bu gün Avropa Liqasında II təsnifat mərhələsinin ilk oyununu keçirəcək

Bakı. 14 iyul. REPORT/ Bu gün Azərbaycan klubları futbol üzrə Avropa Liqasında II təsnifat mərhələsinin ilk görüşlərini keçirəcəklər. 

"Report"un məlumatına görə, "Neftçi" evdə, "Qəbələ" və "Kəpəz" isə səfərdə oynayacaq.

Flaqman Makedoniya "Şkendiya"sını qəbul edəcək. Əvvəlki mərhələdə bakılılar Maltanın "Baltsan"ını (səfərdə 2:0, evdə 1:2), Tetovo şəhər təmsilçisi isə Polşa "Krakovya"sını (evdə 2:0, səfərdə 2:1) üstələyib.

"Kəpəz" Avstriyada "Admira Vakker"in qonağı olacaq. Gəncəlilər daha əvvəl Moldova "Daçiya"sını (evdə 0:0, səfərdə 1:0) mübarizədən kənarlaşdıraraq, tarixində ilk dəfə avrokuboklarda mərhələ adlayıb. "Admira" isə Slovakiyanın "Spartak" (Miyava) səddini keçib - 1:1, 3:2.

Nəhayət, "Qəbələ" Macarıstanda MTK ilə üz-üzə gələcək. "Qırmızı-qaralar" I təsnifat mərhələsində Gürcüstan "Samtredia"sını iki oyunun nəticəsində (5:1, 1:2) yenibsə, MTK Qazaxıstan "Aktobe"sindən üstün olub - 1:1, 2:0.

Avropa Liqası

II təsnifat mərhələsi, ilk oyunlar

14 iyul

20:00. "Neftçi" (Azərbaycan) - "Şkendiya" (Makedoniya)

Baş hakim: Sergey Tsinkeviç

Yan xətt hakimləri: Yevgeni Romanov, Vitali Malyutin

Dördüncü hakim: Viktor Şimusik (hamısı Belarus)

Bakı, "Bakcell Arena"

21:00. "Admira" (Avstriya) - "Kəpəz" (Azərbaycan)

Baş hakim: Pavle Radovanoviç

Yan xətt hakimləri: Dimitriye Mrqudoviç, Aleksandar Cikanoviç

Dördüncü hakim: Miloş Savoviç (hamısı Monteneqro)

Sent-Polten, "NV Arena"

22:30. MTK (Macarıstan) - "Qəbələ" (Azərbaycan)

Baş hakim: Boyan Panciç

Yan xətt hakimləri: Ştefan Hallberq, Maqnus Syöblom

Dördüncü hakim: Mohammed Əl-Hakim (hamısı İsveç)

Dyör, "Dyirmoti" stadionu.

Qeyd edək ki, "Kəpəz" cavab görüşünü iyulun 20-də, "Neftçi" və "Qəbələ" isə iyulun 21-də keçirəcək. Avroliqanın III təsnifat mərhələsinin püşkü isə iyulun 15-də atılacaq.

Son xəbərlər

Orphus sistemi