Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığma komandası bu gün Almaniya millisi ilə qarşılaşacaq

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığma komandası bu gün Almaniya millisi ilə qarşılaşacaq Görüş "Dalğa Arena"da keçiriləcək
Futbol
8 Sentyabr , 2015 10:03
Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığma komandası bu gün Almaniya millisi ilə qarşılaşacaq

Bakı. 8 sentyabr. REPORT.AZ/ Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandası 2017-ci il Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində növbəti oyununu bu gün keçirəcək. "Report"un məlumatına görə, Yaşar Vahabzadənin baş məşqçi olduğu komanda Almaniya yığmasını qəbul edəcək.

7-ci qrupda yer alan rəqiblərin görüşü Bakının Mərdəkan qəsəbəsindəki "Dalğa Arena"da təşkil olunacaq. Bu, Almaniya millisinin ilk, Azərbaycan yığmasının 3-cü oyunu olacaq. Meydan sahibləri ilk 2 turdan sonra 3 xalla 3-cü pillədə qərarlaşıblar. Vahabzadənin komandası səfərdə Farer adaları millisini yensə də, evdə Avstriyaya uduzub - 0:2. Amma həmin qarşılaşmada Coşqun Diniyev ("Qarabağ"), Elvin Camalov ("Qəbələ") və Elnur Cəfərov ("Xəzər Lənkəran") əsas millinin düşərgəsində olduqlarından, meydana çıxa bilməyiblər. Artıq hər 3 futbolçu U-21 yığmasının düşərgəsinə qoşulub.

Qeyd edək ki, hazırda Azərbaycan millisi Avstriya və Finlandiya ilə birgə ilk 3 pilləni bölüşür.

AVRO-2017

Seçmə mərhələ, VII qrup

8 sentyabr

19:00. Azərbaycan - Almaniya

Baş hakim: Aleksandr Buko

Yan xətt hakimləri: Cimm Kremers, Loran Konot

Dördüncü hakim: Nikola Laforj (hamısı Belçika)

Bakı, "Dalğa Arena"

Son xəbərlər

Orphus sistemi