Azərbaycanın 19 karateçisi İstanbulda Karate1 Premyer Liqa turnirində iştirak edəcək

Azərbaycanın 19 karateçisi İstanbulda Karate1 Premyer Liqa turnirində iştirak edəcək Bakı. 5 iyun. REPORT.AZ/ İyunun 8-də Türkiyənin İstanbul şəhərində start götürəcək Karate1 Premyer Liqa turniri üçün Azərbaycan millisinin heyəti açıqlanıb.
Futbol
5 İyun , 2018 15:39
Azərbaycanın 19 karateçisi İstanbulda Karate1 Premyer Liqa turnirində iştirak edəcək

Bakı. 5 iyun. REPORT.AZ/ İyunun 8-də Türkiyənin İstanbul şəhərində start götürəcək Karate1 Premyer Liqa turniri üçün Azərbaycan millisinin heyəti açıqlanıb.

Azərbaycan Milli Karate Federasiyasından “Report”a verilən məlumata görə, qurumun prezidenti Yaşar Bəşirovun rəhbərlik etdiyi heyətdə 19 idmançı yer alıb.

Kişilərdən ibarət yığmanın baş məşqçisi Şahin Xudaverdiyev Firdovsi Fərzəliyev (60 kq), Tural Ağalarzadə və Rafiz Həsənov (hər ikisi 67 kq), Ayxan Mamayev, Turqut Həsənov və Pənah Abdullayev (hamısı 84 kq), Şahin Atamov, Asiman Qurbanlı və Əli Cəfərova (hamısı +84 kq) etimad göstərib.

Qadınlardan ibarət komandanın baş məşqçisi Anar Allahverdiyev Nuranə Əliyeva və Fidan Teymurovanı (hər ikisi 50 kq), eləcə də İlahə Qasımova (55 kq), Fəridə Abiyeva (61 kq), İrina Zaretska (68 kq) və Fəridə Əliyevanı (+68 kq) heyətə daxil edib.

Vahid Ayvazovun baş məşqçi olduğu kataçılar isə fərdi yarışlarda Roman Heydərovla, komanda çıxışlarında Rövşən Əliyev, Tural Balcanlı və İsmayıl Quliyevdən ibarət heyətlə mübarizə aparacaq.

Azərbaycanın beynəlxalq hakimləri Cahangir Babayev və Vüqar Kərimov turniri idarə edənlər arasında olacaq. Mövsümün 7 Karate1 Premyer Liqa turnirindən olan 5-ci nüfuzlu yarışa 63 ölkədən 607 idmançı qatılacaq. Bu yarışda medallardan başqa hər bir qələbə idmançılara dünya reytinq xalları qazandırır.

Qeyd edək ki, yarışa iyunun 10-da yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi