Azərbaycanda yeni yaradılan futbol klubunun İdarə Heyətinin üzvləri müəyyənləşib

Azərbaycanda yeni yaradılan futbol klubunun İdarə Heyətinin üzvləri müəyyənləşib İdarə Heyətində 5 nəfər yer alıb
Futbol
19 İyul , 2016 12:23
Azərbaycanda yeni yaradılan futbol klubunun İdarə Heyətinin üzvləri müəyyənləşib

Bakı. 19 iyul. REPORT.AZ/ Azərbaycanda yeni yaradılan "Səbail" futbol klubunun İdarə Heyətinin üzvləri müəyyənləşib. 

"Report"un məlumatına görə, İdarə Heyətində 5 nəfər yer alıb. Bunlar 18 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Təbriz Həsənov, "Mançester Yunayted" Yay Futbol Məktəbinin koordinatoru Ramin Həsənov, "Sport Marketing Group" şirkətinin direktoru Ayaz Əhmədov, "Neftçi"nin veteran oyunçusu Əbdülqəni Nurməmmədov və tanınmış teleaparıcı Tural Əsədovdan ibarətdir. İdarə Heyətinin sədri Yusif Həsənov olacaq.

Baş məşqçi vəzifəsinə isə Elman Sultanov təyin olunub.

Son xəbərlər

Orphus sistemi