Bakı. 13 iyun. REPORT.AZ/ Azərbaycanda yeni futbol klubu yaradılıb. "Report"un məlumatına görə, bu barədə AFFA prezidenti Rövnəq Abdullayev açıqlama verib.
O bildirib ki, "Səbail" adlanan klub Bakının eyniadlı rayonunu təmsil edəcək. Komanda ev oyunlarını Bayıl stadionunda keçirəcək. AFFA-nın balansında olan stadion ictimai kluba çevriləcək "Səbail"in ixtiyarına veriləcək.