Azərbaycanda “Neymar Jr’s Five” futbol turnirinin seçim mərhələsi keçiriləcək

Azərbaycanda “Neymar Jr’s Five” futbol turnirinin seçim mərhələsi keçiriləcək Bakı. 15 may. REPORT.AZ/ Azərbaycanda AFFA-nın dəstəyi ilə “Neymar Jr’s Five” futbol turnirinin seçim mərhələsi keçiriləcək.
Futbol
15 May , 2018 12:21
Azərbaycanda “Neymar Jr’s Five” futbol turnirinin seçim mərhələsi keçiriləcək
0 : 00
0 : 00

Bakı. 15 may. REPORT.AZ/ Azərbaycanda AFFA-nın dəstəyi ilə “Neymar Jr’s Five” futbol turnirinin seçim mərhələsi keçiriləcək.

“Report” milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, seçimlər mayın 19-da Gəncədə, mayın 26-da Lənkəranda, 1 - 3 iyunda isə Bakıda təşkil olunacaq. Həmçinin, milli final mərhələsi iyunun 17-də paytaxtda gerçəkləşəcək.

Yarışmada tərkibi 6 nəfərdən ibarət komandalar iştirak edə bilər. Oyunçulardan 4-ü 16 - 25 yaşlı, digər 2-si isə 25 yaşdan böyük ola bilərlər. 

Qeyd edək ki, “Neymar Jr’s Five” futbol turniri Gənclər və İdman Nazirliyi və AFFA-nın dəstəyi ilə keçirilir.

“Neymar Jr’s Five” qlobal futbol turniridir və dünyanın hər tərəfindən ortaq həvəsləri futbol olan oyunçuları bir araya gətirir. 2017-ci ildə turnirdə Azərbaycan da daxil olmaqla, 53 ölkəni təmsil edən 100 mindən artıq oyunçu iştirak edib. Builki yarışda 6 qitədən 60 ölkədə seçim mərhələlərinə artıq start verilib. Oyunçular öz ölkələrində qalib olmaqla, 21 iyulda Braziliyanın Praya-Qrande şəhərində üçüncü dəfə keçiriləcək final mərhələsinə vəsiqə qazanacaqlar. 

Son xəbərlər

Orphus sistemi