Azərbaycanda ilk dəfə oyunçular arasında səsvermə nəticəsində mövsümün futbolçusu müəyyənləşib

Azərbaycanda ilk dəfə oyunçular arasında səsvermə nəticəsində mövsümün futbolçusu müəyyənləşib Cavid İmamverdiyev çempionatın bombardirini üstələyib
Futbol
22 May , 2018 16:42
Azərbaycanda ilk dəfə oyunçular arasında səsvermə nəticəsində mövsümün futbolçusu müəyyənləşib

Bakı. 22 may. REPORT.AZ/ Azərbaycanda ilk dəfə oyunçular arasında səsvermə yolu ilə 2017/2018 mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib. 

İdman Araşdırmalar Mərkəzinin “Report”un dəstəyi ilə keçirdiyi sorğuya adları Peşəkar Futbol Liqasının rəsmi saytında əsas komanadaların heyətində göstərilmiş 185 oyunçudan 133-ü, yəni 72 faizi qatılıb. “Qarabağ”ın 11, “Qəbələ”nin 21, “Neftçi”nin 17, “Zirə”nin 16, “Sumqayıt”ın 19, “Keşlə”nin 13, “Səbail”in 25, “Kəpəz”in isə 11 futbolçusu səs verib.

Respondentlər, ümumilikdə, 44 futbolçunu fərqləndiriblər. Yekunda “Sumqayıt”ın yarımmüdafiəçisi Cavid İmamverdiyev mövsümün futbolçusu seçilib. 28 yaşlı oyunçu 1 səs fərqi ilə "Qəbələ"nin hücumçusu, 13 qolla Premyer Liqanın bombardiri olan Baqali Dabonu qabaqlayıb. İmamverdiyev 17, Dabo 16 səs toplayıb. 

Sonrakı iki yeri hərəyə 9 səs qazanan “Neftçi”nin yarımmüdafiəçisi Rəhman Hacıyevlə “Keşlə”nin pleymekeri Sezar Meza Kolli izləyib. Mirabdulla Abbasov (“Neftçi”), Riçard Almeyda və Qara Qarayev (hər ikisi “Qarabağ”) hərəyə 7 səs alıblar.

Son xəbərlər

Orphus sistemi