Azərbaycanda ikinci dəfə oyunçular arasında səsvermə yolu ilə mövsümün ən yaxşı futbolçusu seçiləcək

Azərbaycanda ikinci dəfə oyunçular arasında səsvermə yolu ilə mövsümün ən yaxşı futbolçusu seçiləcək Azərbaycan Premyer Liqasında mübarizə aparan komanda üzvləri arasında ardıcıl ikinci dəfə səsvermə yolu ilə mövsümün ən yaxşı futbolçusu müəyyənləşəcək.
Futbol
3 May , 2019 17:28
Azərbaycanda ikinci dəfə oyunçular arasında səsvermə yolu ilə mövsümün ən yaxşı futbolçusu seçiləcək

Azərbaycan Premyer Liqasında mübarizə aparan komanda üzvləri arasında ardıcıl ikinci dəfə səsvermə yolu ilə mövsümün ən yaxşı futbolçusu müəyyənləşəcək.

İdman Araşdırmalar Mərkəzinin “Report”un dəstəyi ilə keçirdiyi sorğuda adları Peşəkar Futbol Liqasının rəsmi saytında əsas komanadaların heyətində göstərilmiş oyunçular iştirak edəcəklər.

Ötən mövsümlə müqayisədə bu dəfə baş məşqçilər də səsverməyə qatılacaqlar. 2018/2019 mövsümünün futbolçusu yaxın vaxtlarda elan olunacaq.

Qeyd edək ki, 2017-2018 mövsümünün ən yaxşı futbolçusu hazırda "Sabah"da çıxış edən Cavid İmamverdiyev olub.  

Son xəbərlər

Orphus sistemi