Azərbaycanda “İdman haqqında” qanuna dəyişiklik edilməsi təklif edilir

Azərbaycanda “İdman haqqında” qanuna dəyişiklik edilməsi təklif edilir “Birinci məşqçi pul almır”
Futbol
25 Yanvar , 2017 15:02
Azərbaycanda “İdman haqqında” qanuna dəyişiklik edilməsi təklif edilir

Bakı. 25 yanvar. REPORT.AZ/ Azərbaycanda “İdman haqqında” qanuna dəyişiklik edilməsi təklif olunur.

“Report”un xəbərinə görə, Milli Məclisin Gənclər və idman komitəsinin bu gün keçirilən iclasında komitənin üzvü, Uşaq və Gənclər Futbol Federasiyasının (UGFF) və AFFA-nın I vitse-prezidenti Rauf Əliyev uşaqlarla məşğul olan məşqçilərin məsələsini qaldırıb: “Futbol sahəsində, tutaq ki, uşağın 10-11 yaşlarında hansısa məşqçi məşğul olur. 15 yaşında olanda isə digər məşqçinin yanında məşq edir. 17-18 yaşlarında da hansısa klubla müqavilə bağlayır, hər bir mərhələdə məşqçilər pulunu alır. Amma birinci məşqçi pul almır. O da pul almalıdır. Bununla bağlı “İdman haqqında” qanuna dəyişiklik edilməlidir”.

Komitə sədri Fuad Muradov da bu məsələyə diqqət göstəriləcəyini qeyd edib.

Son xəbərlər

Orphus sistemi