Yuxarı

Azərbaycanda həbsdən çıxan futbolçu komandasına qələbə qazandırıb

Bu qələbə sayəsində Zaqatala xallarını 11-ə çatdırsa da, sonuncu pillədə qalıb

Bakı. 14 mart. REPORT.AZ/ Hazırda "Zaqatala" klubunda çıxış edən futbolçu Nicat Muxtarov həbsdən çıxdıqdan sonra ilk qolunu vurub.

"Report" xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi Azərbaycan I Divizionunun XVIII turunda "Turan Tovuz"la səfər matçında fərqlənib. Muxtarov 6-cı dəqiqədə qol vuraraq komandasına qələbə qazadırıb - 1:0. 

Bu qələbə sayəsində "Zaqatala" xallarını 11-ə çatdırsa da, sonuncu pillədə qalıb. "Turan Tovuz" isə 25 xalla 6-cıdır. 

Qeyd edək ki, Nicat Muxtarov "Sumqayıt" komandasında çıxış etdiyi vaxt - sentyabrın 9-da və 15-də yerli telekommunikasiya qovşağına məxsus, ümumilikdə, 695 metr hava rabitə kabelinin kəsilərək oğurlamaqda şübhəli bilinən mütəşəkkil qrupun tərkibində tutulub. O, bir müddət həbsdə qaldıqdan sonra azadlığa buraxılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu bölməyə aid digər xəbərlər

Digər xəbərlər>

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi