Azərbaycanda futbolun inkişafı ilə bağlı yeni proqram layihəsi hazırlanıb

Azərbaycanda futbolun inkişafı ilə bağlı yeni proqram layihəsi hazırlanıb UEFA təmsilçisi və AFFA əməkdaşlarının iştirakı ilə proqram layihəsi geniş müzakirə olunub
Futbol
29 Sentyabr , 2016 16:21
Azərbaycanda futbolun inkişafı ilə bağlı yeni proqram layihəsi hazırlanıb

Bakı. 29 sentyabr. REPORT.AZ/ AFFA ilə UEFA birgə son 6 ay ərzində Azərbaycanda futbolun inkişafı ilə bağlı yeni proqram layihəsi hazırlayıb. 

"Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, bu gün UEFA təmsilçisi və AFFA əməkdaşlarının iştirakı ilə proqram layihəsi geniş müzakirə olunub.

Tədbir haqqında AFFA-nın Marketinq və Sponsorluq Şöbəsinin müdiri Tural Piriyev məlumat verdikdən sonra baş katib Elxan Məmmədov çıxış edərək "GROW 2020" adlanan və ölkə futbolunun 5 illik inkişaf strategiyasını nəzərdə tutan proqram barədə ümumi məlumat verib.

Sonra UEFA nümayəndəsi Noel Muney təqdimatla çıxış edib.

Tədbirdə iştirak edən AFFA əməkdaşları proqram layihəsi barədə fikirlərini bildirib, N.Muneyin suallarını cavablandırıblar.

Son xəbərlər

Orphus sistemi