Yuxarı

Azərbaycanda futbolla məşğul olanların sayı artırılacaq

Hədəf ən azı 5%-ə çatdırılmaqdan ibarətdir

Bakı. 11 mart. REPORT.AZ/ Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) qeydiyyat bazasında olan futbol adamlarının sayı 90 mini keçsə də, bu azdır. Avropa futbol ölkələrində minimum əhalinin 5%-ni təşkil edir. "Report"un məlumatına görə, bu barədə AFFA-nın baş katibi Elxan Məmmədov bu gün keçirilən Hesabat-Seçki Konfransında bildirib. O, hədəfin ən azı 5%-ə çatdırılmaqdan ibarət olduğunu deyib.

Baş katib bildirib ki, gələn ilədək Təhsil Nazirliyi ilə birgə həmin göstərici təxminən 250 minə çatdırılacaq.

Hesabat-Seçki Konfransında həmçinin 2015-ci il üçün AFFA-nın gəlir və xərcləri açıqlanıb. Ötən il federasiyaya 22 mln 126 min 244 manat daxil olub. Bunlarda 12 mln 900 min manat SOCAR-ın, 2 mln 327 min 226 manat UEFA-nın, 2 mln 331 min 488 manat milli komandanın yayım hüququ gəlirinin, 1 mln 796 min 516 manat Azəridmanservisin, 953 min 873 manat "Bakcell"in, 388 min 570 manat "Access Bank"ın, 177 min 667 manat "Coca Cola"nın, 59 min manat "Paşa Sığorta"nın, 352 min 816 manat isə digər gəlirlərin payına düşür.
Hesabatda yeni investisiyalar və infrastruktura aid gəlirlər nəzərdə tutulmayıb.
AFFA-nın ötən ilə olan xərcləri isə 18 mln 249 min 900 manat təşkil edib ki, bunun da 7 mln 326 min 217 manatı milli yığma komandalara sərf olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi