Azərbaycanda futbolla məşğul olan 100000-ci şəxs qeydiyyata alınıb

Azərbaycanda futbolla məşğul olan 100000-ci şəxs qeydiyyata alınıb Qeydiyyat prosesi “Futbola Qoşul” onlayn sistemi vasitəsilə həyata keçirilib
Futbol
2 Sentyabr , 2016 18:00
Azərbaycanda futbolla məşğul olan 100000-ci şəxs qeydiyyata alınıb

Bakı. 2 sentyabr. REPORT.AZ/ AFFA-nın yaratdığı futbolla məşğul olanların qeydiyyat sistemində qeydiyyata alınanların sayı 100 min nəfərə çatıb. 

"Report"un qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, Azərbaycan futbol ailəsinin qeydiyyatdan keçən 100000-ci üzvü “U-13 Liqası”nda çıxış edir. 

Bu, Kürdəmir rayonunun Mürtülü kəndini təmsil edən eyniadlı komandanın üzvü Məhəmməd Vahid oğlu Seyidlidir. Qeydiyyat prosesi “Futbola Qoşul” onlayn sistemi vasitəsilə həyata keçirilib.

Qeyd edək ki, futbolla məşğul olan şəxslərin – futbolçuların, məşqçilərin və digər texniki işçilərin – qeydiyyat sistemi 2009-cu ilin yanvar ayından etibarən AFFA tərəfindən yaradılıb.

Son xəbərlər

Orphus sistemi