Yuxarı

Gürcüstanda danışılmış oyunlara görə saxlanılan futbolçulardan biri Azərbaycanda çıxış edib

Azərbaycanda çıxış etmiş futbolçu danışılmış oyunlara görə saxlanıldı

Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti tərəfindən danışılmış oyunlara görə saxlanılan futbolçulardan birinin vaxtilə Azərbaycanda çıxış etdiyi bəllli olub. 

"Report"un araşdırmasına əsasən, bu, "Turan" komandasının sabiq futbolçusu Nikoloz Maisuradzedir. 

Hazırda ölkəsinin "Vit Corciya" komandasında çıxış edən 30 yaşlı yarımmüdafiəçi 2012-2013 mövsümünün ikinci yarısında Tovuz təmsilçisinin formasını geyinib. O, həmin ilin martında əyalət təmsilçisinə cəlb olunub, avqustda isə indiki klubuna keçib. 

Qeyd edək ki, Nikoloz Maisuradze Azərbaycan Premyer Liqasında "Turan"ın heyətində 8 oyuna çıxıb. 2012-2013 mövsümündə Tovuz komandası sonuncu yeri tutaraq, I Diviziona enib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi