Yuxarı
    Bağlamaq

    Azərbaycanda 60 metrlik məsafədən qol vurulub - VİDEO

    Topu Şahdağın futbolçusu Şəmkirin qapısından keçirib

    Bakı. 25 fevral. REPORT.AZ/ Azərbaycanda futbol matçı zamanı 60 metrlik məsafədən qol vurulub. "Report"un məlumatına görə, qeyri-adi qol I Divizionda XV turun "Şəmkir" - "Şahdağ" matçında qeydə alınıb.

    54-cü dəqiqədə Qusar komandasının futbolçusu Şahin Məmmədov mərkəz xəttindən də uzaq məsafədən cərimə zərbəsini yerinə yetirib. Birbaşa qapıya yönələn topu "Şəmkir"in qapıçısı Ravil Məmmədov irəli çıxaraq tutmaq istəsə də, buna nail ola bilməyib. Nəticədə top qapı qarşısında yerə düşərək, tora daxil olub.

    Qeyd edək ki, "Şahdağ"ın ilk qolu da uzaq məsafədən vurulub. 40-cı dəqiqədə Yasin Yaqubzadənin 25-30 metrlik məsafədən zərbəsindən sonra Ravil Məmmədov topu dəf edə bilməyib. Görüş isə 2:2 hesablı heç-heçə ilə nəticələnib.  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi