Azərbaycan yığmasının yer aldığı qrupda 2 oyun keçirilib

Azərbaycan yığmasının yer aldığı qrupda 2 oyun keçirilib Rusiya Almaniyaya məğlub olub
Futbol
30 Mart , 2016 09:25
Azərbaycan yığmasının yer aldığı qrupda 2 oyun keçirilib

Bakı. 30 mart. REPORT.AZ/ 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının yer aldığı 7-ci qrupda iki oyun keçirilib. "Report"un məlumatına görə, millinin ən yaxın izləyicisi Rusiya evdə Almaniyadan olan həmyaşıdlarına məğlub olub.

Qonaqlar 2:0 hesablı qələbə qazanıb. Nəticədə Azərbaycan yenə 7 xalla Rusiyadan öndə - 4-cü pillədə qərarlaşıb. Qonşu ölkə 4 xalla 5-ci pillədə qalıb. Almaniya isə 21 xalla qrupa liderlik edir.

Digər oyunda Avstriya Farer adalarını qəbul edib. Meydan sahibləri minimal hesablı qələbə qazanmaqla 15 xalla ikinci pillədəki mövqeyini gücləndirib. Aktivində xal olmayan ada təmsilçisi qrup sonuncusudur. Finlandiya yığması isə 9 xalla 3-cü yerdədir.

Qeyd edək ki, Azərbaycan millisinin növbəti oyunları sentyabrın 6-da evdə Farer adaları, oktyabrın 7-də isə səfərdə Finlandiyaya qarşı olacaq. 

Son xəbərlər

Orphus sistemi