Azərbaycan yığmasının Valentin Qranatkinin xatirə turniri üçün heyəti açıqlanıb

Azərbaycan yığmasının Valentin Qranatkinin xatirə turniri üçün heyəti açıqlanıb Toplanışa 21 futbolçu dəvət olunub
Futbol
22 Dekabr , 2016 13:34
Azərbaycan yığmasının Valentin Qranatkinin xatirə turniri üçün heyəti açıqlanıb

Bakı. 22 dekabr. REPORT.AZ/ Rusiyanın Sankt-Peterburq şəhərində FİFA-nın ilk vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə keçiriləcək beynəlxalq turnirinə hazırlıq məqsədilə Bakıda 1999-cu il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı olacaq. "Report"un məlumatına görə, bu gündən start götürən toplanışa ayın 30-da yekun vurulacaq.

Hazırlığın ikinci hissəsi isə yanvarın 2-də start götürəcək və altı gün davam edəcək.

Toplanışa 21 futbolçu dəvət olunub: Kamran İbrahimov, Rəhman Daşdəmirov, İbrahim Əliyev, Bahadur Həziyev, Pilağa Mehdiyev (hamısı "Neftçi"), Şahin Zəkiyev, Murad Qayalı, Yusif Həsənov, Ricat Qarayev, Ceyhun Muxtarlı, İbrahim Qədirzadə, Rafael Məhərrəmli (hamısı "İnter"), Xəqani Cəfərov ("Qarabağ"), Süleyman Əhmədov ("Sumqayıt"), Murad Popov, Əli Sadıxov, Fərid Nəbiyev (hamısı "Qəbələ"), Hüseyin Seyligli, Mətin Gülər, Ege Atlam (hər üçü "Beşiktaş", Türkiyə), Barış Əkinciər ("Rot-Veyss Essen", Almaniya).

Qeyd edək ki, Azərbaycan turnirin C qrupunda Litva, Qazaxıstan və Slovakiya yığmaları ilə qarşılaşacaq.

Son xəbərlər

Orphus sistemi