Yuxarı
    Bağlamaq

    Azərbaycan yığmasının Şimali İrlandiya ilə oyun üçün heyəti açıqlanıb

    Robert Prosineçki 25 futbolçuya dəvət göndərib

    Bakı. 4 noyabr. REPORT.AZ/ Rusiyada 2018-ci ildə təşkil olunacaq dünya çempionatının seçmə mərhələsi çərçivəsində noyabrın 11-də Belfast şəhərində Şimali İrlandiya yığması ilə qarşılaşacaq Azərbaycan milli komandasının heyəti açıqlanıb. 

    "Report"un məlumatına görə, baş məşqçi Robert Prosineçki 25 futbolçuya dəvət göndərib. Onlardan 7-si əcnəbi klublarda çıxış edib. Türkiyənin "Bursaspor" klubunda çıxış edən və seçmə tsikl öncəsi milliləşdirilən Deniz Yılmaz ilk dəfə milliyə dəvət alıb. 

    Qalan 18 oyunçudan 8-i "Qarabağ"dan, 4-ü "İnter"dən, hərəyə 2-si isə "Qəbələ", "Zirə" və "Neftçi"dən çağırılıb.  

    AD, SOYADKLUB
    Kamran AğayevBoavişta (Portuqaliya)
    Səlahət Ağayevİnter
    Anar NəzirovZirə
    Rəşad SadıqovQarabağ
    Bədavi HüseynovQarabağ
    Maksim MedvedevQarabağ
    Qara QarayevQarabağ
    Rahid ƏmirquliyevQarabağ
    Arif DaşdəmirovQarabağ
    Əfran İsmayılovQarabağ
    Namiq ƏləsgərovQarabağ
    Ruslan Abışovİnter
    Ağabala Ramazanovİnter
    Tərlan Quliyevİnter
    Araz AbdullayevNeftçi
    Rəhman HacıyevNeftçi
    Məhəmməd MirzəbəyovQəbələ
    Ruslan QurbanovQəbələ
    Elvin MəmmədovZirə
    Dmitri NazarovErtsgebirge Aue (Almaniya)
    Eddi İsrafilovKadis (İspaniya)
    Pavlo PaşayevStal Kamenskoe (Ukrayna)
    Emin MahmudovBoavişta (Portuqaliya)
    Ramil ŞeydayevTrabzonspor (Türkiyə)
    Deniz YilmazBursaspor (Türkiyə)
    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi