Azərbaycan yığmasının rəqibi hücumçu itkisi ilə üzləşib

Azərbaycan yığmasının rəqibi hücumçu itkisi ilə üzləşib Bakı. 13 noyabr. REPORT.AZ/ Azərbaycan və Malta ilə keçirəcəyi UEFA Millətlər Liqasının son iki səfər oyunu ərəfəsində Farer adaları yığmasının heyətində futbolçu itkisi baş verib.
Futbol
13 Noyabr , 2018 00:18
Azərbaycan yığmasının rəqibi hücumçu itkisi ilə üzləşib

Bakı. 13 noyabr. REPORT.AZ/ Azərbaycan və Malta ilə keçirəcəyi UEFA Millətlər Liqasının son iki səfər oyunu ərəfəsində Farer adaları yığmasının heyətində futbolçu itkisi baş verib.

"Report"un Farer adaları Futbol Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, hücumçu Yohan Suymun Edmundsson "Arminiya"nın heyətində "İnqolştadt"la Almaniyanın II Bundesliqa matçında dizindən zədələnib. Baş məşqçi Lars Olsen 27 yaşlı oyunçunu "B36 Torshavn"ın 21 yaşlı forvardı Maynhard Egilsson Olsenlə əvəzləyib.

Qeyd edək ki, Farer adaları yığması Azərbaycanla noyabrın 17-də Bakı Olimpiya Stadionunda, Malta ilə noyabrın 20-də Ta Qali Milli Stadionunda üz-üzə gələcək.  

Son xəbərlər

Orphus sistemi