Yuxarı

Futbol üzrə Azərbaycanın yığmasının rəqibi heyətini açıqlayıb

Malta Azərbaycana 26 futbolçu ilə gələcək

Bakı. 16 mart. REPORT.AZ/ Martın 25-də Gürcüstan yığması ilə yoldaşlıq görüşündə, bundan 3 gün sonra isə Azərbaycanla AVRO-2016-nın seçmə qrup matçında üz-üzə gələcək Malta millisinin heyəti açıqlanıb. "Report"un Malta Futbol Assosiasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, baş məşqçi Pietro Gedin qarşıdakı oyunlara 26 futbolçu dəvət edib.

Onların 5-i Tofiq Bəhramov adına Respublika stadionunda yenidən meydana çıxmaq imkanı qazanıb. Həmin oyunçular ötən ilin iyulunda Çempionlar Liqasının II təsnifat mərhələsində "Valletta"nın heyətində "Qarabağ"a qarşı mübarizə aparıb.

Qapıçılar: Justin Haber (“Birkirkara”), Henri Bonello (“Hibernians”), Endryu Hoq (AEL “Kalloni”), Qlenn Zammit (“Slima”);

Müdafiəçilər: Andrey Aqius (“Hibernians”), Stiv Bezzina (“Balzan”), Stiv Borq (“Valletta”), Conatan Karuana (“Valletta”), Rayan Kamenzuli (“Birkirkara”), Rayan Kamilleri (“Valletta”), Kleyton Failla (“Hibernians”), Yurgen Pisani (“Pieta”), Zak Muskat (“Birkirkara”).

Yarımmüdafiəçilər: Konor Borq (“Floriana”), Roderik Briffa (“Valletta”), Pol Feneç (“Birkirkara”), Rayan Feneç (“Valletta”), Byorn Kristensen (“Hibernians”), Roven Muskat (“Birkirkara”), Stiv Pisani (“Floriana”), Mark Skerri (“Slima”).

Hücumçular: Endryu Koen (“Hibernians”), Alfred Effionq (“Qormi”), Jan Pol Farruca (“Hibernians”), Jozef Mbonq (“Hibernians”), Andre Şembri (“Omoniya”, Kipr).

Qeyd edək ki, Azərbaycan - Malta matçı saat 21:00-da başlayacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi