​Azərbaycan yığmasının rəqibi baş məşqçisi ilə müqavilə müddətini uzadıb

​Azərbaycan yığmasının rəqibi baş məşqçisi ilə müqavilə müddətini uzadıb Maykl O Nil növbəti 4 ildə yığmaya rəhbərlik edəcək
Futbol
17 Mart , 2016 11:51
​Azərbaycan yığmasının rəqibi baş məşqçisi ilə müqavilə müddətini uzadıb

Bakı. 17 mart. REPORT.AZ/ Futbol üzrə Azərbaycan millisinin DÇ-2018-in seçmə qrup mərhələsindəki rəqibi Şimali İrlandiya yığması baş məşqçi Maykl O Nillə müqavilə müddətini uzadıb. "Report"un yerli futbol assosiasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, 47 yaşlı mütəxəssislə 4 illik müqavilə imzalanıb.

O, 2020-ci ilin yayına qədər Şimali İrlandiya yığmasına rəhbərlik edəcək. M.O Nil yığmanın baş məşqçisi olduğu üçün fəxr etdiyini bildirib: "Müqaviləm komandada heyətin və futbolçuların stabilliyinin bərqərar olması üçün faydalıdır. Hamımız Fransada keçiriləcək Avropa çempionatını gözləyirik. İnanıram ki, bu turnirdə böyük tarix yaza biləcəyik".

Qeyd edək ki, Azərbaycan millisi DÇ-2018-in seçmə qrup mərhələsində Şimali İrlandiyaya qarşı ilk oyununu noyabrın 11-də səfərdə keçiriləcək. Həmin görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. Ev oyunu isə 2017-ci il iyunun 10-da olacaq. 

Son xəbərlər

Orphus sistemi