Azərbaycan yığmasının rəqibi 2 braziliyalı hücumçunu milliləşdirmək istəyir

Azərbaycan yığmasının rəqibi 2 braziliyalı hücumçunu milliləşdirmək istəyir Bakı. 30 avqust. REPORT.AZ/ UEFA Millətlər Liqasında Azərbaycanın rəqibi olan Malta yığmasının baş məşqçisi Rey Farruciya iki braziliyalı futbolçunun milliləşdirilməsini istəyib.
Futbol
30 Avqust , 2018 14:50
Azərbaycan yığmasının rəqibi 2 braziliyalı hücumçunu milliləşdirmək istəyir
0 : 00
0 : 00

Bakı. 30 avqust. REPORT.AZ/ UEFA Millətlər Liqasında Azərbaycanın rəqibi olan Malta yığmasının baş məşqçisi Rey Farruciya iki braziliyalı futbolçunun milliləşdirilməsini istəyib.

"Report" "TVM Sport"a istinadən xəbər verir ki, bu barədə Malta Futbol Federasiyasının baş katibi Angelo Çetcuti bildirib. Onun sözlərinə görə, Ellinton Antonio Kosta Morais (Liliu) və Aleks De Payxao Alvesə (Lekao) Malta vətəndaşlığının alınması üçün müvafiq quruma müraciət edilib. 

Bu oyunçulardan heç biri Maltada 5 ildir yaşamır. Lakin bu ildən ölkədə vətəndaşlıq almaq üçün bəzi istisnalara icazə verilib. Bunlar idman, elm, tədqiqat, mədəniyyət və incəsənət sahələrində müstəsna xidmətləri olanlara şamil edilir. Müraciətlər müsbət cavablandırılsa, son 5 ildə yalnız 1 oyunda qələbə qazanan Malta millisinin "vuran ayaq" problemi həllini tapa bilər. 

Qeyd edək ki, Lekao Maltanın “Baltsan” klubunda çıxış edir. O, Avropa Liqasının I təsnifat mərhləsinin ilk oyununda "Keşlə"ni 4:1 hesabı ilə məğlub etdikləri oyunda ikinci qolun müəllifi olub. Əvvəllər "Birkirkara"da çıxış etmiş Liliu isə hazırda Estoniyanın “Nımme Kalyu” klubunun formasını. Hazırkı klubunda indiyədək 45 oyunda 42 qol vuran 28 yaşlı forvardın Malta yığmasının əsas hücumçusu olacağı gözlənilir. 

Son xəbərlər

Orphus sistemi