Azərbaycan yığmasının Qazaxıstanla yoldaşlıq görüşü üçün heyəti açıqlanıb

Azərbaycan yığmasının Qazaxıstanla yoldaşlıq görüşü üçün heyəti açıqlanıb 25 futbolçuya dəvət göndərilib
Futbol
14 Mart , 2016 14:46
Azərbaycan yığmasının Qazaxıstanla yoldaşlıq görüşü üçün heyəti açıqlanıb

Bakı. 14 mart. REPORT.AZ/ Martın 21-də Türkiyənin Antalya şəhərinə yollanacaq Azərbaycan milli komandasının təlim-məşq toplanışı və hazırlıq prosesi çərçivəsində Qazaxıstan yığması ilə yoldaşlıq oyunu üçün heyəti açıqlanıb. "Report"un məlumatına görə, baş məşqçi Robert Prosineçki bir həftə davam edəcək hazırlıq prosesinə 25 futbolçu dəvət edib. 

Onlardan 3-ü legionerdir.

ADI, SOYADI KLUBU
Kamran Ağayev İnter
Aqil Məmmədov Neftçi
Səlahət Ağayev Sumqayıt
Tərlan Quliyev Kəpəz
Maksim Medvedev Qarabağ
Bədavi Hüseynov Qarabağ
Rəşad Sadıqov Qarabağ
Maqomed Mirzabekov Qəbələ
Arif Daşdəmirov Qəbələ
Pavel Paşayev Qəbələ
Ruslan Abışov Qəbələ
Cavid Tağıyev Qarabağ
Rəşad Eyyubov Qəbələ
Qara Qarayev Qarabağ
Elvin Məmmədov Zirə
Əfran İsmayılov Qarabağ
Dmitri Nazarov Karlsruhe (Almaniya)
Rəhman Hacıyev Neftçi
Araz Abdullayev Neftçi
Eddi İsrafilov Kordoba (İspaniya)
Murad Səttarlı AZAL
Ağabala Ramazanov Sumqayıt
Tugrul Erat Fortuna Dusseldorf (Almaniya)
Ruslan Qurbanov Neftçi
Namik Ələskərov Kəpəz

Qeyd edək ki, Qazaxıstanla oyun martın 26-da keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi