Azərbaycan yığmasının müdafiəçisi: "Komandamızın adına layiq oynayacağıq"

Azərbaycan yığmasının müdafiəçisi: "Komandamızın adına layiq oynayacağıq" "Millimizin öz oyun üslubunu nümayiş etdirməsinin vaxtı yetişib"
Futbol
22 May , 2018 11:28
Azərbaycan yığmasının müdafiəçisi: Komandamızın adına layiq oynayacağıq
0 : 00
0 : 00

Bakı. 22 may. REPORT.AZ/ "Qarşıdakı yoldaşlıq görüşlərində əlimizdən gələnin ən yaxşısını edəcəyik".

Bunu "Report"a açıqlamasında Azərbaycan milli komandasının futbolçusu Qara Qarayev Qırğızıstan, Qazaxıstan və Latviya yığmaları ilə keçirəcəkləri yoldaşlıq görüşləri barədə danışarkən deyib.

İyirmi altı yaşlı yarımmüdafiəçi bildirib ki, millinin öz oyun üslubunu nümayiş etdirməsinin vaxtı yetişib: "Artıq ortaya bir şey qoymalıyıq. Düşünürəm ki, qarşıdakı yoldaşlıq görüşləri Millətlər Liqasından öncə bizə yaxşı təcrübə olacaq. Millimizin adına layiq oynayacağıq".

Qarayev sentyabrda start götürəcək UEFA Millətlər Liqası barədə də fikirlərini bölüşüb: "Çox adam düşünür ki, Millətlər Liqası asan olacaq. Ancaq mən elə deməzdim. Əksinə, çox ağır olacağını düşünürəm. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq ki, milli komanda səviyyəsində də uğurlarımız olsun".

Qeyd edək ki, Qırğızıstanla mayın 29-da Bakı Olimpiya Stadionunda üz-üzə gələcək Azərbaycan millisi iyunun 5-də Astanada Qazaxıstanın, iyunun 9-da isə Riqada Latviyanın qonağı olacaq. 

Son xəbərlər

Orphus sistemi