Azərbaycan yığmasının məşqçiləri ölkə klublarının avrokubok qarşılaşmalarını izləyəcək

Azərbaycan yığmasının məşqçiləri ölkə klublarının avrokubok qarşılaşmalarını izləyəcək Bu barədə baş məşqçi Robert Prosineçki tapşırıq verib
Futbol
27 İyul , 2015 14:04
Azərbaycan yığmasının məşqçiləri ölkə klublarının avrokubok qarşılaşmalarını izləyəcək

Bakı. 27 iyul. REPORT.AZ/ Azərbaycan milli komandasının məşqçiləri ölkənin futbol klublarının Avropa kuboklarında keçirəcəkləri növbəti oyunları izləyəcəklər. "Report"un AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, bu barədə baş məşqçi Robert Prosineçki köməkçilərinə tapşırıq verib. 

Qordan Tsipriç Çempionlar Liqasında III təsnifat mərhələsinin “Seltik” (Şotlandiya) – “Qarabağ” oyununa, Yanko Yankoviç UEFA Avropa Liqasında III təsnifat mərhələsinin “Atletik” (İspaniya) – “İnter” matçına, Elxan Abdullayev isə “Apollon” (Kipr) – “Qəbələ” qarşılaşmasına baxacaq.

Qeyd edək ki, “Qarabağ” iyulun 29-da, “İnter” və “Qəbələ” isə iyulun 30-da meydana çıxacaq. 

Son xəbərlər

Orphus sistemi