Azərbaycan yığmasının Lixtenşteyn və Ukrayna ilə oyunlar üçün heyəti açıqlanıb

Azərbaycan yığmasının Lixtenşteyn və Ukrayna ilə oyunlar üçün heyəti açıqlanıb 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Lixtenşteynlə Avropa çempionatının seçmə oyunu və Ukrayna ilə yoldaşlıq görüşü üçün heyəti açıqlanıb.
Futbol
6 Noyabr , 2019 16:36
Azərbaycan yığmasının Lixtenşteyn və Ukrayna ilə oyunlar üçün heyəti açıqlanıb

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Lixtenşteynlə Avropa çempionatının seçmə oyunu və Ukrayna ilə yoldaşlıq görüşü üçün heyəti açıqlanıb. 

"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Milan Obradoviç heyətə 25 oyunçu çağırıb. Onlardan 4-ü legionerdir.

AD, SOYAD KLUB
1 Kamran İbrahimov Neftçi
2 Oleq Karnaux Sabah
3 Nicat Mehbaliyev Sumqayıt
4 Ömər Buludov Neftçi
5 Amin Seydiyev Qəbələ
6 Turan Manafov Səbail
7 Murad Qayalı Keşlə
8 Nihad Tamazov Qarabağ
9 Hüseyin Seyliğli Darica Genclerbirliyi (Türkiyə)
10 Elçin Mustafayev Sabah
11 Toral Bayramov Qarabağ
12 Rafael Məhərrəmli Zirə
13 Hacıağa Hacılı Qarabağ
14 Fərid Nəbiyev Slaviya Praqa (Çexiya)
15 Barış Ekincier SK Austria Klagenfurt (Avstriya)
16 Rövlan Muradov Qəbələ
17 Səbuhi Abdullazadə Sumqayıt
18 Tural Bayramlı Keşlə
19 Şakir Seyidov Sabah
20 İsmayıl İbrahimli Qarabağ
21 Elvin Cəfərquliyev Sumqayıt
22 Ozan Can Kökcü Sabah
23 Süleyman Əhmədov Sumqayıt
24 Doğukan Öksüz Eyüpspor (Türkiyə)
25 Musa Qurbanlı Qarabağ


Qeyd edək ki, milli komanda Lixtenşteynlə noyabrın 14-də Sumqayıtdakı “Kapital Bank Arena”da, Ukrayna ilə noyabrın 19-da “Dalğa Arena”da üz-üzə gələcək. Yığmanın toplanışı noyabrın 10-da başlanacaq. 

Son xəbərlər

Orphus sistemi