Azərbaycan yığmasının hücumçusu "Trabzonspor"u tərk edib

Azərbaycan yığmasının hücumçusu "Trabzonspor"u tərk edib Ona başqa klubla danışıqlar aparması üçün icazə verilib
Futbol
29 İyun , 2018 09:24
Azərbaycan yığmasının hücumçusu Trabzonsporu tərk edib

Bakı. 29 iyun. REPORT.AZ/ Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayev Türkiyənin "Trabzonspor" klubunun son məşqinə qatılmayıb.

"Report"un "Doğan" agentliyinə istinadən verdiyi məlumata görə, 22 yaşlı hücumçu "zoğalı-mavilər"in düşərgəsini tərk edib. Ona transfer danışıqları aparması üçün icazə verilib. Lakin gənc forvardın hansı klubla görüşəcəyi açıqlanmır.

Qeyd edək ki, bir müddət əvvəl Ramil Şeydayevin Avstriya Bundesliqasında çıxış edən "Mattersburq"a keçəcəyi xəbərləri yayılıb. Şeydayev ötən mövsümü icarə əsasında "Qarabağ"da keçirib. 

Son xəbərlər

Orphus sistemi