Azərbaycan yığmasının futbolçusu Türkiyə klubundan ayrılıb

Azərbaycan yığmasının futbolçusu Türkiyə klubundan ayrılıb Bakı. 4 may. REPORT.AZ/ Azərbaycan milli komandasının futbolçusu Ufuk Budak Türkiyənin I liqasında çıxış edən “Samsunspor” klubundan ayrılıb.
Futbol
4 May , 2018 16:40
Azərbaycan yığmasının futbolçusu Türkiyə klubundan ayrılıb

Bakı. 4 may. REPORT.AZ/ Azərbaycan milli komandasının futbolçusu Ufuk Budak Türkiyənin I liqasında çıxış edən “Samsunspor” klubundan ayrılıb.

“Report” “Samsun Gazete”sinə istinadən xəbər verir ki, zədə səbəbindən son matçlarda meydana çıxmayan 28 yaşlı sol cinah müdafiəçi komanda yoldaşları ilə vidalaşaraq ailəsinin yaşadığı Almaniyaya dönüb.

Budakın çempionatın başa çatmasına bir tur qalmış II liqaya düşməsi rəsmiləşən “Samsunspor”la mövsümün sonunda başa çatacağı müqaviləsinin müddətini uzatmayacağı bildirilir.

Qeyd edək ki, Ufuk Budak ötən yay “Manisaspor”dan “Samsunspor”a keçmişdi.  

Son xəbərlər

Orphus sistemi