Azərbaycan yığmasının futbolçusu İspaniyada yeni kluba keçib

Azərbaycan yığmasının futbolçusu İspaniyada yeni kluba keçib Eddi İsrafilov: "İstənilən mövqedə çıxış edə bilərəm"
Futbol
25 Avqust , 2016 15:11
Azərbaycan yığmasının futbolçusu İspaniyada yeni kluba keçib

Bakı. 25 avqust. REPORT.AZ/ İspaniya Sequndasında mübarizə aparan "Kadis" futbol klubu yeni transferlərini təqdim edib. 

"Report"un məlumatına görə, onların arasında Azərbaycan millisinin yarımmüdafiəçisi Eddi İsrafilov da var.

Klubun meneceri Xuan Karlos Kordero bildirib ki, E.İsrafilov müxtəlif təkliflər arasından "Kadis"i seçib. O, yeni transferin İspaniyanın müxtəlif klublarında, eləcə də Azərbaycan yığmasında oynadığını xatırladıb.

24 yaşlı oyunçunun özü isə komandaya kömək məqsədilə gəldiyini deyib: "Yaxşı mövsüm keçirməliyik. Bunun üçün də bura gəlmişəm. "Qranada"da daha bir il qala bilərdim. Amma "Kadis"də müntəzəm oynamaqla gücümü artırmaq istəyirəm. Mənim üçün sevimli mövqe yoxdur. İstənilən mövqedə çıxış edə bilərəm".

Qeyd edək ki, "Kadis" sonuncu dəfə İspaniya La Liqasında 2005-2006 mövsümündə çıxış edib.  

Son xəbərlər

Orphus sistemi