Yuxarı

Azərbaycan yığmasının baş məşqçisi UEFA-dan təyinat alıb

Patrisiya Qonsales UEFA-nın texniki müşahidəçisi olacaq

Bakı. 17 dekabr. REPORT.AZ/ 21 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Patrisiya Qonzales UEFA-dan təyinat alıb. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, UEFA İnkişaf turnirində Patrisiya Qonzales UEFA-nın texniki müşahidəçisi funksiyasını icra edəcək.

Yarış 2016-cı ilin mayında Portuqaliyada 16 yaşadək qızlardan ibarət komandalar arasında təşkil olunacaq. 

Turnirdə Portuqaliya, İspaniya, Belçika və Türkiyə yığmaları mübarizə aparacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi