Azərbaycan yığmasının baş məşqçisi "Qarabağ"ı təbrik edib

Azərbaycan yığmasının baş məşqçisi "Qarabağ"ı təbrik edib Robert Prosineçki Azərbaycan Premyer Liqasının qalibinə Çempionlar Liqasında uğurlar arzulayıb
Futbol
18 May , 2015 13:50
Azərbaycan yığmasının baş məşqçisi Qarabağı təbrik edib

Bakı. 18 may. REPORT.AZ/ Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki "Qarabağ" klubunu Azərbaycan çempionu olması münasibətilə təbrik edib. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, xorvatiyalı mütəxəssis Ağdam klubuna Çempionlar Liqasında uğurlar arzulayıb.

Qeyd edək ki, "Qarabağ" Azərbaycan Premyer Liqasının XXXIV turu çərçivəsində mayın 16-da “Bakcell Arena”da "Sumqayıt"ı 1:0 hesabı ilə məğlub edib. Bununla da ən yaxın izləyicisi "İnter"i 8 xal qabaqlayan Qurban Qurbanovun komandası sona 2 tur qalmış ardıcıl ikinci dəfə çempion olub. 

Son xəbərlər

Orphus sistemi