Yuxarı

Azərbaycan yığmasının baş məşqçisi: "Hollandiya ilə oyunda şanslar bərabərdir"

Tino Perez: Birinci oyundan sonra yekun fikir bildirmək olar

Bakı. 12 fevral. REPORT.AZ/ Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Tino Perez DÇ-2016-nın "play-off" mərhələsinin püşkünün nəticəsi ilə bağlı fikirlərini bölüşüb. "Report" xəbər verir ki, ispaniyalı mütəxəssis affa.az-a açıqlamasında ilk oyunadək Hollandiya yığması barədə məlumat toplayacaqlarını bildirib. 

O, şansları yarıbayarı dəyərləndirib: "Hollandiya yığmasının heyətində Mərakeş əsilli futzalçılar çoxluq təşkil edir. Komandanın oyun dəst-xətti haqda geniş məlumata sahib deyilik, amma birinci oyuna qədər lazımi informasiyanı əldə edəcəyik. Yalnız son oyunlardakı nəticələri haqda məlumatlıyıq. Şanslara gəldikdə, 50-nin 50-yə bərabər dəyərləndirirəm. Birinci oyundan sonra yekun fikir bildirmək olar. İlk oyunu səfərdə keçirəcəyik ki, bunu da komandamız üçün əlavə üstünlük hesab edə bilərik”.

Qeyd edək ki, Hollandiya yığması ilə ilk oyun martın 22-də səfərdə, cavab görüşünü isə aprelin 12-də evdə keçiriləcək. Qalib komanda sentyabrın 14-dən oktyabrın 2-dək Kolumbiyada təşkil ediləcək dünya çempionatına vəsiqə qazanacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi