Azərbaycan yığmasının baş məşqçisi Hindistanda çalışacaq

Azərbaycan yığmasının baş məşqçisi Hindistanda çalışacaq Nikolay Adam yaxın vaxtlarda danışıqlara yollanacaq
Futbol
17 Yanvar , 2015 17:26
Azərbaycan yığmasının baş məşqçisi Hindistanda çalışacaq

Bakı. 17 yanvar. REPORT.AZ/ Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət yığma komandasının baş məşqçisi Nikolay Adama Hindistan Futbol Federasiyasından təklif gəlib. "Report"un "The Times of İndia"ya istinadən verdiyi məlumata görə, almaniyalı mütəxəssis Hindistanın 17 yaşadək futbolçulardan ibarət yığmasına baş məşqçi təyin olunacaq. 

N.Adamın yaxın vaxtlarda danışıqlara yollanacağı bildirilir.

Qeyd edək ki, Nikolay Adam daha öncə Azərbaycanın U-17 yığmasında çalışıb. 2013-cü ilin sonlarında isə o, U-19 yığmasına baş məşqçi təyin olunub. N.Adamın rəhbərliyi altında yığma komanda bu il keçiriləcək.  Avropa çempionatının elit mərhələsinə vəsiqə qazanıb və Rusiyanın Sankt-Peterburq şəhərində Valentin Qranatkinin xatirəsinə keçirilmiş ənənəvi beynəlxalq turnirdə 5-ci yeri tutub.

Son xəbərlər

Orphus sistemi