Azərbaycan yığmasının baş məşqçisi: "Elit-raunddakı rəqiblərimizin nəyə qadir olduqlarını bilirik"

Azərbaycan yığmasının baş məşqçisi: "Elit-raunddakı rəqiblərimizin nəyə qadir olduqlarını bilirik" Bakı. 6 dekabr. REPORT.AZ/ “Püşkatmanın nəticələrindən razıyam. İrlandiya, Rusiya və Rumıniya kimi komandalara qarşı oynayacağıq.
Futbol
6 Dekabr , 2018 15:41
Azərbaycan yığmasının baş məşqçisi: Elit-raunddakı rəqiblərimizin nəyə qadir olduqlarını bilirik

Bakı. 6 dekabr. REPORT.AZ/ “Püşkatmanın nəticələrindən razıyam. İrlandiya, Rusiya və Rumıniya kimi komandalara qarşı oynayacağıq".

"Report" AFFA-nın saytına istinadən xəbər verir ki, bunu 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının baş məşqçisi Vüqar Məmməd Avropa çempionatının elit-raundunun püşkünün nəticələri baradə danışarkən deyib.  

40 yaşlı mütəxəssis bu mərhələyə daha ciddi hazırlaşmalı olduqlarını bildirib: "Elit-raundda Avropanın ən yaxşı komandaları mübarizə aparır. Burada zəif komanda yoxdur. Demək olar ki, komandalar səviyyə baxımından bir-birinə yaxındır. Artıq püşkatmaya qədər potensial rəqiblərimizin hamısının son rəsmi oyunlarını izləmişdik. Ona görə də rəqibləri tanıyır və nəyə qadir olduqlarını bilirik”.

Qeyd edək ki, Azərbaycan yığması Avropa çempionatının elit-raundunda İrlandiya, Rusiya və Rumıniya ilə birgə 1-ci qrupda mübarizə aparacaq. Qrup oyunları 2019-cu il 20 - 26 martda Rusiyada keçiriləcək.

Son xəbərlər

Orphus sistemi