Azərbaycan yığmasının Avropa çempionatının seçmə qrup mərhələsindəki oyunlarının təqvimi müəyyənləşib

Azərbaycan yığmasının Avropa çempionatının seçmə qrup mərhələsindəki oyunlarının təqvimi müəyyənləşib İlk və son oyunlar səfərdə olacaq
Futbol
26 Yanvar , 2017 16:13
Azərbaycan yığmasının Avropa çempionatının seçmə qrup mərhələsindəki oyunlarının təqvimi müəyyənləşib

Bakı. 26 yanvar. REPORT.AZ/ 21 yaşadək futbolçulardan ibarət komandalar arasında 2019-cu ildə İtaliyada təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsi üçün Azərbaycan yığmasının oyunlarının təqvimi müəyyənləşib. 

"Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Yaşar Vahabzadənin baş məşqçi olduğu komanda mübarizəyə bu il avqustun 31-də başlayacaq. Həmin gün rəqib İsrail olacaq. 

Son oyun da səfərdə Norveçə qarşı keçiriləcək. Qarşılaşma gələn il 16 oktyabra təyin edilib. 

2017-ci il

31 avqust

İsrail – Azərbaycan

5 sentyabr

Azərbaycan – İrlandiya

6 oktyabr

Almaniya – Azərbaycan

9 noyabr

Azərbaycan – Almaniya

14 noyabr

Azərbaycan – Kosovo

2018-ci il

22 mart

Kosovo – Azərbaycan

27 mart

İrlandiya – Azərbaycan

6 sentyabr

Azərbaycan – İsrail

11 sentyabr

Azərbaycan – Norveç

16 oktyabr

Norveç – Azərbaycan

Son xəbərlər

Orphus sistemi