Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri müəyyənləşib

Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri müəyyənləşib 21 yaşadək futbolçulardan ibarət yığma Rusiya və Almaniya ilə eyni qrupa düşüb
Futbol
5 Fevral , 2015 12:47
Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri müəyyənləşib

Bakı. 5 fevral. REPORT.AZ/ Bu gün İsveçrənin Nyon şəhərində 21 yaşadək futbolçulardan ibarət komandalar arasında 2017-ci ildə Polşada təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçirilib. "Report"un məlumatına görə, püşk nəticəsində Azərbaycan yığmasının da rəqibləri müəyyənləşib.

Baş məşqçi Yaşar Vahabzadənin rəhbərlik etdiyi komanda 7-ci qrupda Almaniya, Rusiya, Avstriya, Finlandiya və Farer adalarına rəqib olub. 

Püşkün nəticələri:

1-ci qrup: Çexiya, Belçika, Çernoqoriya, Moldova, Latviya, Malta
2-ci qrup: İtaliya, Serbiya, Sloveniya, İrlandiya, Litva, Andorra
3-cü qrup: Fransa, Ukrayna, Şotlandiya, İslandiya, Makedoniya, Şimali irlandiya
4-cü qrup: Portuqaliya, İsrail, Yunanıstan, Macarıstan, Albaniya, Lixtenşteyn
5-ci qrup: Danimarka, Rumıniya, Ermənistan, Uels, Bolqarıstan, Lüksemburq
6-cı qrup: İspaniya, İsveç, Xorvatiya, Gürcüstan, Estoniya, San Marino
7-ci qrup: Almaniya, Rusiya, Avstriya, Finlandiya, AZƏRBAYCAN, Farer adaları
8-ci qrup: Hollandiya, Slovakiya, Türkiyə, Belarus, Kipr
9-cu qrup: İngiltərə, İsveçrə, Norveç, Bosniya və Herseqovina, Qazaxıstan

Qeyd edək ki, seçmə mərhələ martın 23-də start götürəcək və 2016-cı il oktyabrın 11-dək davam edəcək. 9 qrupun bütün qalibləri Polşada keçiriləcək final mərhələsinə birbaşa vəsiqə qazanacaqlar. İkinci yeri tutanlar arasında 4 ən yaxşısı (qrupda 1-ci, 3-cü, 4-cü və 5-ci komandalarla görüşlərdəki nəticələrinə əsasən) "pley-off"da son 2 vəsiqə uğrunda mübarizə aparacaq. "Pley-off" oyunları gələn il noyabrın 7-də və 15-də olacaq. 

Son xəbərlər

Orphus sistemi