Yuxarı

Azərbaycan yığmasının Avropa çempionatının elit-raundu və növbəti seçmə mərhələdəki rəqibləri müəyyənləşib

19 yaşadək qızlardan ibarət komanda Almaniya və İspaniyaya rəqib olub

Bakı. 13 noyabr. REPORT.AZ/ İsveçrənin Nyon şəhərində 19 yaşadək qızlar arasında 2016-cı il Avropa çempionatının elit-raundunun püşkatma mərasimi keçirilib. "Report"un məlumatına görə, Azərbaycan yığması 1-ci qrupda Almaniya, İrlandiya və Polşaya rəqib olub.

Ümumilikdə 6 qrup üzrə oyunlar 2016-cı il aprelin 5-də, 7-də və 10-da keçiriləcək. Qrup qalibləri və ən yaxşı qrup ikincisi gələn ilin 19 - 31 iyulunda Slovakiyada təşkil olunacaq final mərhələsinə vəsiqə qazanacaqlar.

Bundan başqa Nyonda eyni yaş kateqoriyalı qızlar arasında 2017-ci il Avropa çempionatının seçmə qrup mərhələsinin püşkü atılıb. 8-ci qrupa düşən Azərbaycan yığmasına İspaniya, Ukrayna və Latviya rəqib olub. Ümumilikdə 11 qrup üzrə ilkin seçmə oyunlar 2016-cı il 12 - 20 sentyabrda və ya 17 - 25 oktyabrda təşkil olunacaq. Qruplarda ilk 2 yeri tutanlar, ən yaxşı qrup 3-cü, eləcə də ən yüksək reytinqə malik Fransa, İngiltərə və Almaniya 2017-ci ilin yazında keçiriləcək elit-raunda yüksələcəklər. Final mərhələsi isə 2017-ci ildə Şimali İrlandiyada təşkil olunacaq.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi