Bakı. 16 dekabr. REPORT.AZ/ Tbilisi şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Gürcüstanın müvafiq yaş qrupuna aid komandası ilə yoldaşlıq oyunu keçirib.
"Report"un məlumatına görə, qarşılaşma 3:2 hesabı ilə gürcüstanlı futbolçuların xeyrinə yekunlaşıb.
Azərbaycan yığmasının heyətində Samir Oruclu və Hikmət Verdiyev fərqləniblər.