Azərbaycan yığması Valentin Qranatkinin xatirə turnirində Slovakiya ilə qarşılaşacaq

Azərbaycan yığması Valentin Qranatkinin xatirə turnirində Slovakiya ilə qarşılaşacaq Yığmanın taleyi Litva - Qazaxıstan oyunundan asılı olacaq
Futbol
13 Yanvar , 2017 11:06
Azərbaycan yığması Valentin Qranatkinin xatirə turnirində Slovakiya ilə qarşılaşacaq

Bakı. 13 yanvar. REPORT.AZ/ FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXIX ənənəvi beynəlxalq turnirdə 1999-cu il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığması bu gün qrup mərhələsində son oyununu keçirəcək. "Report"un məlumatına görə, C qrupunun III tur matçında rəqib Slovakiyanın müvafiq yaş qrupuna aid komandası olacaq.

Təbriz Həsənovun rəhbərlik etdiyi komanda ilk görüşdə Litvaya 1:2 hesabı ilə uduzub. Ardınca Qazaxıstanla 2:2 hesablı heç-heçəyə razılaşan yığma qrupdan çıxma şansını saxlamaq üçün mütləq qələbə qazanmalıdır. Əks təqdirdə, Azərbaycan yığması 9 - 16-cı yerlər uğrunda mübarizə aparacaq.

Amma qələbə kömək etməyə də bilər. Bu, Bakı vaxtı ilə saat 13:00-da start götürəcək qrupun digər oyununda Litvanın Qazaxıstana məğlub olacağı təqdirdə, baş verəcək. Qazaxıstan və Slovakiya qələbə qazanacağı təqdirdə, növbəti mərhələyə bu iki komanda yüksələcək.

Hazırda Litva 4 xalla 1-ci, Azərbaycan yığması isə 1 xalla qrup sonuncusudur. Qazaxıstan və Slovakiya isə hərəyə 2 xalla müvafiq olaraq, 2-3-cü yerləri bölüşürlər.

Valentin Qranatkinin xatirə turniri, III tur

C qrupu

15:15. Azərbaycan - Slovakiya

Sankt-Peterburq. Peterburqski İdman-Konsert Kompleksi

Son xəbərlər

Orphus sistemi