Azərbaycan yığması Valentin Qranatkinin xatirə turnirinə məğlubiyyətlə başlayıb

Azərbaycan yığması Valentin Qranatkinin xatirə turnirinə məğlubiyyətlə başlayıb Təbriz Həsənovun komandası Litvaya məğlub olub
Futbol
9 Yanvar , 2017 15:01
Azərbaycan yığması Valentin Qranatkinin xatirə turnirinə məğlubiyyətlə başlayıb

Bakı. 9 yanvar. REPORT.AZ/ Azərbaycanın 1999-cu il təvəllüdlü futbolçulardan ibarət yığması bu gün FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XIX ənənəvi beynəlxalq turnirdə ilk oyununu keçirib.

"Report"un məlumatına görə, rəqib Litvanın müvafiq yaş qrupuna aid komandası olub.

Qarşılaşma Litva yığmasının 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Təbriz Həsənovun rəhbərlik etdiyi komandada yeganə qolu 55-ci dəqiqədə Doğukan Öksüz vurub. Oyunun son dəqiqələrində Azərbaycan yığması rəqib qapısına yol tapsa da, baş hakim kobudluq qeydə alıb və qolu saymayıb.

C qrupunun digər görüşü saat 15:15-də Slovakiya və Qazaxıstan yığmaları arasında olacaq.

Qeyd edək ki, Azərbaycan millisi yanvarın 11-də Qazaxıstanla qarşılaşacaq. Yanvarın 13-də isə rəqib Slovakiya yığması olacaq. 4 qrupda ilk 2 yeri tutanlar 1/4 finala yüksələcəklər. Sonrakı 2 pillənin sahibləri isə 9 - 16-cı yerlər uğrunda mübarizə aparacaqlar.

Valentin Qranatkinin xatirə turniri

C qrupu

13:00. Litva - Azərbaycan - 2:1 

Qol: Raulinaitis Deividas, 41. Utkus Edgaras, 59 - Doğukan Öksüz, 55. 

Sankt-Peterburq. Peterburqski İdman-Konsert Kompleksi

Son xəbərlər

Orphus sistemi