Yuxarı
    Bağlamaq

    Azərbaycan yığması Valentin Qranatkin turnirində medal şansını itirib

    Qazaxıstan yığması Litvanı məğlub edərək qrup lideri olub

    Bakı. 13 yanvar. REPORT.AZ/ Rusiyanın Sankt-Peterburq şəhərində FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə XXIX ənənəvi beynəlxalq turnirdə çıxış edən 1999-cu il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığması qrupda qalıb. 

    "Report"un məlumatına görə, Təbriz Həsənovun rəhbərlik etdiyi komanda mübarizəni 9 - 16-cı yerlər uğrunda davam etdirəcək.

    C qrupunun bu gün keçirilən ilk oyununda qrup lideri Litva ikinci pillədə yer alan Qazaxıstana uduzub - 0:2. Bu nəticədən sonra Qazaxıstan yığması xallarını 5-ə çatdıraraq, qrup lideri kimi mərhələ adlayıb. Dörd xala malik Litva isə hazırda ikinci pillədədir və Azərbaycan - Slovakiya matçında ikincilərin xal itirməsini gözləyir. İki xala malik Slovakiyanın xal itirməsi Litvanın qrup ikincisi olması ilə nəticələnəcək. Azərbaycan yığması qələbə qazansa, Litva ilə xallarını bərabərləşdirəcək, amma şəxsi oyunda pribaltikalılara 1:2 hesabı ilə uduzduğu üçün 2-ci yeri tuta bilməyəcək. Heç heçə və ya məğlubiyyət isə Təbriz Həsənovun komandasının sonuncu pillədə qalmasına səbəb olacaq.

    Qeyd edək ki, reqlamentə əsasən, 4 qrupda ilk iki yeri tutan medallar uğrunda mübarizəyə imkan verən 1/4 finala yüksələcək. Sonrakı pillələrin sahibləri isə 9 - 16-cı yerlər uğrunda mübarizə aparacaqlar. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi