Azərbaycan yığması UEFA-nın təşkil etdiyi turnirin qalibi olub

Azərbaycan yığması UEFA-nın təşkil etdiyi turnirin qalibi olub Sonuncu matçda Yunanıstan millisi darmadağın edilib
Futbol
14 Aprel , 2015 12:38
Azərbaycan yığması UEFA-nın təşkil etdiyi turnirin qalibi olub

Bakı. 14 aprel. REPORT.AZ/ 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Bakıda təşkil olunmuş UEFA-nın İnkişaf Turnirinin qalibi olub. "Report"un məlumatına görə, Təbriz Həsənovun rəhbərlik etdiyi komanda hər 3 rəqibini məğlubiyyətə uğradıb.

Yığma ilk turda Qazaxıstana 4:0, ardından Gürcüstana 2:1 hesabı ilə qalib gəlib. Bu gün isə Yunanıstan millisi darmadağın edilib - 3:0. Qolları 20 və 42-ci dəqiqələrdə Fərid Nəbiyev, 80-ci dəqiqədə isə Cavidan Qasımlı vurub.

Qeyd edək ki, Gürcüstan 6 xalla 2-ci, Yunanıstan 3 xalla 3-cü yeri tutduğu halda, sonuncu pillədəki Qazaxıstan xalsız qalıb. 

Son xəbərlər

Orphus sistemi