Yuxarı

Azərbaycan yığması təlim-məşq toplanışına başlayıb

Azərbaycan yığması təlim-məşq toplanışına başlayıb

Yunan-Roma güləşi Azərbaycan yığması təlim-məşq toplanışına başlayıb. 

"Report"un məlumatına görə, ilin əvvəlindən bütün hazırlığı Bakıda keçən milli bu dəfə Göygölə yollanıb. Məşqçilər korpusu bir neçə gənc güləşçi də daxil olmaqla, 30 yaxın idmançıyla mayın 8-dək Göygöl Olimpiya İdman Kompleksində təlim-məşq toplanışı keçəcək. 

Hazırlıq prosesində əsas diqqət fiziki hazırlığın yüksəldilməsinə yönəldiləcək. Təlim-məşq toplanışı başa çatdıqdan sonra komanda Ukraynada keçiriləcək beynəlxalq turnirdə qüvvəsini sınayacaq.

Qeyd edək ki, yaxın günlərdə sərbəst və qadın güləşi üzrə yığmaların da hazırlıq planı bəlli olacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi