Yuxarı

Azərbaycan yığması Slovakiyaya qalib gəlib - VİDEO

Azərbaycan yığması Slovakiyaya qalib gəlib

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

"Report"un məlumatına görə, rəqib Slovakiyanın müvafiq yaş qrupundan ibarət komandası olub. “Dalğa Arena”da keçirilmiş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1.

Azərbaycan millisinin hər iki qolunu Barış Ekincier vurub. O, 7-ci və 90+3-cü dəqiqədə fərqlənib. Qonaq komandadan isə yeganə topun müəllifi 82-ci dəqiqədə Lyubomir Tupta olub.

Bu, Azərbaycan yığmasının 2-ci qrupda ikinci, Slovakiyanın isə ilk matçı olub. Milan Obradoviçin baş məşqçi olduğu komanda daha əvvəl səfərdə Lixtenşteynə uduzub - 0:1. Bu gün qələbə qazanmaqla, milli komanda qrupda ilk dəfə 3 xala sevinib.

Növbəti oyun sentyabrın 10-da "Dalğa Arena"da Gürcüstana qarşı olacaq.

Avropa çempionatı, II tur

6 sentyabr

20:30. Azərbaycan - Slovakiya - 2:1

Qollar: Barış Ekincier, 7; 90+3 - Lyubomir Tupta, 82

Baş hakim: Deyan Yakimovski

Baş hakimin köməkçiləri: Nikola Karakolev, Kushtrim Lika

Dördüncü hakim: İqor Stoychevski (hamısı Şimali Makedoniya).

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi