Azərbaycan yığması "Qarabağ"ı BATE ilə səfər oyununda dəstəkləyəcək

Azərbaycan yığması "Qarabağ"ı BATE ilə səfər oyununda dəstəkləyəcək Bakı. 14 avqust. REPORT.AZ/ 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması Qarabağın Belarusda BATE ilə keçirəcəyi Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununu izləyəcək.
Futbol
14 Avqust , 2018 17:50
Azərbaycan yığması Qarabağı BATE ilə səfər oyununda dəstəkləyəcək

Bakı. 14 avqust. REPORT.AZ/ 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması "Qarabağ"ın Belarusda BATE ilə keçirəcəyi Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununu izləyəcək. 

"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Minskdə təlim-məşq toplanışında olan komanda bugünkü görüş vaxtı "Borisov Arena"da olacaq. 

Qeyd edək ki, 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması təlim məşq toplanışı çərçivəsində belaruslu həmyaşıdlarını hər iki oyunda 1:0 hesabı ilə məğlub edib. 

Son xəbərlər

Orphus sistemi