​Azərbaycan yığması "Prezident Kuboku"nda finala vəsiqə qazanıb

​Azərbaycan yığması "Prezident Kuboku"nda finala vəsiqə qazanıb Milli komanda həlledici görüşdə İspaniya ilə üz-üzə gələcək
Futbol
25 İyun , 2015 15:21
​Azərbaycan yığması Prezident Kubokunda finala vəsiqə qazanıb

Bakı. 25 iyun. REPORT.AZ/ Qazaxıstanın Astana şəhərində təşkil olunmuş "Prezident kuboku" turnirində 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması qrup mərhələsini birinci yerdə başa vuraraq final oyununa vəsiqə qazanıb. "Report"un məlumatına görə, baş məşqçi Təbriz Həsənovun rəhbərlik etdiyi komanda qrupun son oyununda gürcüstanlı həmyaşıdları ilə qarşılaşıb.

Oyunda hesab açılmayıb – 0:0. Hər iki yığmanın xalları, vurulan və buraxılan topların sayı eyni olduğu üçün qrup liderliyini turnirin Əsasnaməsinə uyğun olaraq "fair-play" qaydalarına daha çox riayət edən komanda təmin edib.

Gürcüstan millisi ilə müqayisədə daha az sayda kartla cəzalandırılan Azərbaycan yığması İspaniya yığmasına qarşı keçiriləcək final oyununda mübarizə aparmaq hüququ qazanıb. 

Qeyd edək ki, iyunun 26-da "Astana Arena"da keçiriləcək final matçı Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.

Son xəbərlər

Orphus sistemi