Yuxarı

Azərbaycan yığmasının Malta ilə oyun üçün heyəti açıqlanıb - SİYAHI

Prosineçki Neftçi, Simurq, AZAL və Bakının heç bir futbolçusuna dəvət göndərməyib

Bakı. 19 mart. REPORT.AZ/ Futbol üzrə 2016-cı il Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində Malta yığması ilə üz-üzə gələcək Azəbaycan milli komandasının heyəti açıqlanıb. 

"Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, baş məşqçi Robert Prosineçki qarşıdakı oyuna 24 futbolçu dəvət edib.

Onlardan 6-sı legionerdir. Əcnəbi klublardan çağırılanlar arasında İspaniya "Qranada"sının hücumçusu Eddi İsrafilov da var. Yerli klublara gəldikdə, "Qarabağ"ın 7, "İnter"in 6, "Qəbələ" və "Sumqayıt"ın hərəyə 2, "Xəzər Lənkəran"ın isə 1 futbolçusu dəvətlilər sırasındadır. "Neftçi", "Simurq", AZAL və "Bakı"nın yerli futbolçularına isə Prosineçki lüzum görməyib.

Qapıçılar: Səlahət Ağayev ("İnter"), Andriy Popoviç ("Sumqayıt"), Kamran Ağayev ("Kayserispor", Türkiyə)

Müdafiəçilər: Rəşad Sadıqov, Bədavi Hüseynov, Maksim Medvedev (hamısı "Qarabağ"), Məhəmməd Mirzəbəyov, Arif Daşdəmirov (hər ikisi "İnter"), Rahid Əmirquliyev ("Xəzər Lənkəran"), Mahir Şükürov ("Karşıyaka, Türkiyə)

Yarımmüdafiəçilər: Qara Qarayev, Cavid Tağıyev, Namiq Ələsgərov (hamısı "Qarabağ"), Ruslan Abışov, Cavid Hüseynov (hər ikisi "Qəbələ"), Əfran İsmayılov, Coşqun Diniyev, Elvin Məmmədov (hamısı "İnter"), Dmitri Nazarov ("Karlsrue", Almaniya), Eddi İsrafilov ("Qranada", İspaniya)

Hücumçular: Vüqar Nadirov ("Qarabağ"), Məhəmməd Qurbanov ("Sumqayıt"), Ruslan Qurbanov ("Hayduk" Split, Xorvatiya), Vaqif Cavadov ("Boluspor", Türkiyə)

Qeyd edək ki, Azərbaycan millisi hazırlıq prosesinə martın 22-dən başlayacaq. Martın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüşün start fiti saat 21:00-da çalınacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi